Qadin.NET / Yeniyetmələrin 71 faizi Facebookdan istifadə edir

Yeniyetmələrin 71 faizi Facebookdan istifadə edir

 

Facebook ABŞ-da yeniyetmələr arasında ən populyar sosial şəbəkə olaraq qalır. Pew Research Center yazır ki, 13-17 yaş aralığında olan amerikalı istifadəçilərin 71 faizi sosial şəbəkənin istifadəçiləridir.Sonrakı yerlərdə Instagram (52 faiz), Snapchat (41 faiz), Twitter (33 faiz), Google (33 faiz), Vine (24 faiz) və Tumblr (14 faiz) qərarlaşıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, yaşlı amerikalılar LinkedIn və Pinterest sosial şəbəkələrinə daha çox diqqət ayırırlar, yeniyetmələr isə Instagram və Snapchata üstünlük verirlər.Tədqiqat nəticəsində, həmçinin məlum olub ki, yeniyetmələr internetin aktiv istifadəçiləridir. Respondentlərin 92 faizi bildirib ki, onlar hər gün internetə daxil olurlar, 24 faizi isə, demək olar, həmişə internetdədirlər.

 

Yeniyetmələr internetdə vaxtlarının çox hissəsini sosial şəbəkələrdə keçirirlər. Respondentlərin 89 faizi bir və ya bir neçə sosial platformanın istifadəçisidir.
Mənbə: Milli.Az
13 aprel 2015
GO BACK