Ermənistan rəsmilərinin ölkədə iqtisadiyyatın inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi barədə qaldırdıqları hay-küy dünya ictimaiyyətini aldatmaqdan başqa bir şey deyil. Əslində isə əhalinin sosial vəziyyəti aydan-aya deyil, gündən-günə ağırlaşır. Hətta iş o yerə çatıb ki, erməni ideyalarını Fransada təbliğ edən “Ermənistan xəbərləri” jurnalı 11 aprel tarixli nömrəsində dərc etdiyi “Bir qəzetə görə Ermənistanda əhalinin 32 faizi kasıbdır” sərlövhəli məqaləsində əhalinin yaşayış tərzinin acınacaqlı olduğunu etiraf etməyə məcbur olub.Fransadakı güclü erməni lobbisinin vəsaiti hesabına Parisdə gündəlik nəşr olunan jurnal yazır ki, Ermənistan əhalisinin 967 min nəfəri, yəni 32 faizi kasbdır və aldıqları cüzi əmək haqları ilə zorla dolanırlar.Ermənistan Dövlət Statistika Xidməti İdarəsinin məlumatına istinad edən jurnalda bildirilir ki, korrupsiyaya qurşanan və var-dövlət toplamaq hərisi olan erməni rəsmilərinin apardıqları daxili siyasət ölkə əhalisinin getdikcə yoxsullaşmasına və yoxsulluğun son həddində yaşamasına gətirib çıxarıb. Əlbəttə, bu, dövlətin siyasətini dəstəkləyən rəsmi orqandır və onun verdiyi rəqəmlər ölkədəki vəziyyəti tam əks etdirmir. Əslində isə, Ermənistanda əhalinin əksəriyyətinin sosial vəziyyəti çox aşağıdır.
Məqalədə ölkə əhalisinin 13,3 faizinin, yəni 402 min nəfərin yaşayış səviyyəsinin həddindən artıq acınacaqlı, ayda 22993
dram əmək haqqı alan 87 min erməninin vəziyyətinin isə daha ağır olduğu bildirilir.
Bütün bunlar Ermənistan rəhbərliyinin daxili siyasətinin əsl simasını, ölkə iqtisadiyyatının getdikcə tənəzzülə uğradığını bir daha sübut edir.
Mənbə: ANS PRESS