Qadin.NET / Bu foto interneti bir-birinə vurdu

Bu foto interneti bir-birinə vurdu

 

İnternetdə yeni optik aldanma nümunəsi qızğın müzakirələrə səbəb olub. 
ANS PRESS-in məlumatına görə, naməlum şəxs tərəfindən paylaşan foto insanları iki yerə bölüb.
İnternetdə görüntünü müzakirə edənlər bu sualı verirlər; ağ-qara şəkildəki pişik pilləkənlərlə qalxır yoxsa aşağı düşür? 
Şəkil 1 həftə ərzində on minlərlə baxış cəlb edib. Fotonun yeni olmadığını da üzə çıxıb. O artıq 2013-cü ildə Tehran 98 saytında nəzərə çarpıb.
Cavabı tapmaq üçün pişiyin hərəkət etdiyi pilləkənin divarının hörülmə istiqamətinə diqqət yetirmək lazımdı:

 

Bir çoxları şəkil ətrafındakı şərhləri "qızılı geyim"in rəngilə bağlı müzakirələrlə müqayisə edirlər. Beləki, bir neçə həftə bundan əvvəl internetə yerləşdirilmiş bir donun rəngləri kəskin mübahisələr doğurmuşdu. Bəziləri onun qızılı və ağ olduğunu deyirdisə, digərləri donun qara və mavi rəngli olduğunu israr edirdi.

 

Mənbə: ANS PRESS

13 aprel 2015
GO BACK