Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq. (Hicr surəsi, ayə 26)
O, insanı saxsı kimi quru gildən yaratdı. (Rahmən surəsi, ayə 14)
İblis dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Hicr surəsi, ayə 33)
Bəli, Allahın ən mükəmməl sənətəsəri olan insanın gildən yaratdığı müqəddəs Quranda dəfələrlə qeyd edilir. İnsan gildən və ya torpaqdan yaranıbsa, onun bədənində gil və ya torpaq varmı?
Gilin tərkibi 47% silisium oksid (SiO2), 39% alminium oksid (Al2O3) və 14% sudan (N20) ibarətdir. İnsan orqanizmində silisium elementi 0.002% və yaxud 0.0010 kq, alminium elementi isə 0.000087% və yaxud 0.000060 kq təşkil edir.
Torpaq tərkibinə görə mürəkkəbdir. Bunu aşağıdakı təcrübələrlə sübut etmək olar. Əgər bir parça qaratorpağı alovda közərtsək, onun tərkibində olan bitki qalıqları, çürüntülər yanacaq, yerdə torpağın bir qədər açıq rəngli külü qalacaqdır. Deməli, torpağın qara olması onun tərkibindəki çürüntünün miqdarından asılıdır. Torpağın bir hissəsini stəkana töküb, üzərinə su əlavə edək. Bu suyun rəngi bulanacaqdır. Bulanmış suyu başqa stəkana süzüb kənara qoyaq. Əvvəlki stəkanın dibindəki çöküntünü bir neçə dəfə yusaq, onun dibində təmiz qum qaldığını görərik. Bulanıq su tökülmüş stəkanı bir neçə saatdan sonra nəzərdən keçirsək, suyun durulduğunu və gilin stəkanın dibinə çökdüyünü müşahidə edərik. Deməli, torpağın tərkibində çürüntüdən başqa qum və gil də vardır. Suyu bulandıran da gildir. Qumun tərkibi temiz silisium oksiddən ibarətdir. Gilin tərkibi haqda isə yuxarıda qeyd etmişəm.
Mənbə: ANS PRESS