Qadin.NET / Keçmişdə yaşadığını sübut edən insan

Keçmişdə yaşadığını sübut edən insan

 

 

XX əsrin əvvəllərində Hindistanda yaşamış Şanti Devi (Shanti Devi) adlı qadın dünyaya yenidən gəldiyi sübut edib. ANS PRESS-in məlumatına görə, Delphi şəhərində yaşayan Şanti 4 yaşında olarkən, yəni 1930-ci ildə valideynlərinə bundan əvvəl də yaşadığını deyir və sözlərinin doğruluğunu sübut etmək üçün dəlillər gətirir. Kiçik qız ana və atasına, əvvəl yaşadığı həyatından əlaqədar məlumatlar verməyə başlayır. O, əvvəlki adının Ludgi olduğunu deyərək, yaşadığı kəndin adının Muttra olduğunu və oradakı həyatından danışır. Hətta hansı işlə məşğul olduğunu və ərinin adını da deyir.Aldığı məlumatların izi ilə həmin kəndə gedən qızın ana və atası, həqiqətən də vaxtilə kənddə Ludgi adında bir qadının yaşadığını öyrənirlər. Şantinin keçmiş həyatındakı ərinin adına qədər bütün məlumatların doğru olduğu ortaya çıxdı. Kəndə aparılan kiçik qız birdən o kənddəki evinə yönəldi və o kəndin ləhcəsi ilə danışmağa başladı. Kənd camaatı şahidi olduqları mənzərədən çox təəccüblənirlər və kənddə aylarla davam edən dini ibadətlər təşkil edirlər.

Şanti kənddə yaşamaq istədiyini bildirdikdə, ailəsi bütün həyatlarını dəyişərək kəndə köçməyə məcbur qalırlar. Kənd həyatının bütün incəliklərini zaman içində xatırlayan kiçik qız isə kənd camaatı tərəfindən müqəddəs bir varlıq kimi qəbul edilir. 

Elm adamları da bu mövzuda araşdırma aparmağa qərar verirlər. Araşdırmanın nəticəsi Şantinin xeyrinə olur. Onlar kiçik qızın əvvəlki həyatıyla əlaqədar alimlərə təqdim etdiyi 24 dəlili isbat edildiyini bildiriblər. Çaşqın alimlər qəti bir nəticəyə gəlmədikləri hesabatlarını təqdim ediblər.Şanti Devi (Shanti Devi) 11 dekabr 1926-cı ildə doğulub, 27 dekabr 1987-ci ildə 61 yaşında vəfat edib

Mənbə: ANS PRESS

 

12 aprel 2015
GO BACK