Pasxa bayramı ilə əlaqədar Yaxın Şərqdə “müqəddəs od” dini mərasimi baş tutub. ANS PRESS-in məlumatına görə, Qüds şəhərində keçirilən mərasimə yüzlərlə pravoslav xristianı qatılıb.
Mərasimə Patriarx 3-cü Feofil başçılıq edib. Patriarx məşəl ilə əvvəlcə 33 şamı yandırıb, daha sonra mərasim iştirakçıları onun alovundan öz məşəllərini alovlandırıblar. Patriarx mərasim iştirakçılarını xaç suyuna çəkib, onlara xeyir-dua verib.Möcüzəvi hesab edilən odun mənbəyi İsa Peyğəmbərin yenidən dirildiyi müqəddəs məbəddir. İddialara görə, hər il Pasxa bayramından bir gün əvvəl məbəddə od alovlanmağa başlayır.Müqəddəs od buradan digər pravoslav cəmiyyətlərinə də ötürülür. Rusiyanın paytaxtı Moskvada mərasimlə əlaqədar keçirilən tədbirdə prezident Vladimir Putin, xanımı Svetlana və baş nazir Dmitri Medvedyev də iştirak edib.Pasxa birlik, bərabərlik və günahların bağışlanması günü kimi qeyd edilir. Bu gün arzular tanrı qarşısında dilə gətirilir və bağışlanma üçün dualar edilir.Pasxa bayramında süfrə əriştə, kuliç, kəsmik, cemdən hazırlanmış xüsusi şirniyyatlarla və boyanmış yumurtalarla bəzədilir.Oxşar dini ayinlər Ukrayna və Misirdə də qeyd olunub.
Ukraynada Patriarx Filaret Donbas münaqişəsinin sona çatması üçün dua edib. Patriarx bildirib ki, Tanrı Ukrayna xalqına ona təcavüz edən ölkə üzərində qələbə bəxş edəcəkYunanıstanın Xios adasında Pasxa bayramı, ənənəyə uyğun olaraq, fərqli qeyd olunur. Yerli əhali pirotexniki vasitələrlə kilsələlərdən bir-birilərinə hücum edirlər. Ayin “yalançı müharibə” adlanır. Müharibə zamanı pirotexniki raketlərdən istifadə olunur.