Qadin.NET / Olimpiya çempionumuz ABŞ-da gücünü göstərəcək

Olimpiya çempionumuz ABŞ-da gücünü göstərəcək

 

Olimpiya çempionumuz ABŞ-da gücünü göstərəcək

Bu gün Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları start götürür. ANS PRESS-in məlumatına görə, 2 gün turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran, Belarus və Türkiyə idmançıları da mübarizə aparacaqlar. 
Dünya Kuboku yarışlarında ölkəmizi təmsil edəcək sərbəst güləşçilərin adları məlumdur. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında turnirə yollanacaq heyətdə Yaşar Əliyev, Cəlal Süleymanov (hər ikisi 57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov, Məhəmməd Müslümov (hər ikisi 65 kq), Ruslan Dibirhaciyev (70 kq), Murad Süleymanov, Cəbrayıl Həsənov (hər ikisi 74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıblar.
Qeyd edək ki, sərbəst güləş üzrə milli komandamız “B” qrupunda İran, Belarus və Türkiyə yığmaları ilə mübarizə aparacaq. 

 

Mənbə: ANS PRESS

11 aprel 2015
GO BACK