Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu ilin sonunda Rusiyaya səfəri etməyi planlaşdırır.ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin Moskvadakı səfiri Ümid Yardım bildirib.
O, Rusiya Federasiyası Şurasının vitse-spikeri İlyas Umaxanov ilə görüş zamanı deyib ki, gələn həftə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Moskvaya gələcək. Onun səfərindən sonra Dövlət Dumasının sədri Sergey Narışkin Ankaraya gedəcək.
Diplomatın sözlərinə görə, Prezident R.T.Ərdoğanın bu səfəri Rusiya ilə Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclası çərçivəsində baş tutacaq.
Mənbə: ANS PRESS