Qadin.NET / İblis mələklərdən idi, ya cinlərdən?

İblis mələklərdən idi, ya cinlərdən?

 

Milli.Az islam.az-a istinadən bildirir ki, İblis cinlərdən idi. Bunu Quranı-kərimin aşağıdakı ayəsi də sübut edir: “O, cinlərdən idi” (Kəhf, 50). Həmçinin, Quranda İblisin öz dilindən deyilir: “Mən ondan (Adəmdən) daha yaxşıyam. Çünki sən məni oddan, onu isə palçıqdan yaratdın!” (Əraf, 12). Məlumdur ki, cinlər də alovdan yaranmışlar: “Cinlərin əcdadını daha öncə tüstüsüz oddan xəlq etmişdik” (Hicr, 27). Lakin Quranda Adəmə təzim etmək məsələsində İblisin adı mələklərlə bir sırada çəkilir (Bəqərə, 34; Kəhf, 50). Rəvayətə görə, İblis mələklərlə birlikdə olmuş, onlarla bir sırada Allaha ibadət etmişdi. Həzrət Əli (ə) buyurub ki, İblis səmada Allaha altı min il ibadətlə məşğul olmuşdur. Özü də bilinmir ki, bu illər yer ili idi, yoxsa (bundan qat-qat uzun olan) göy ili. Rəvayətə görə, İblis üçün səmada nurdan minbər qoyulmuşdu; o həmin minbərə qalxıb mələklərə tövhiddən dərs deyirdi.

Mənbə: Milli.Az
10 aprel 2015
GO BACK