Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. ANS PRESS-in məlumatına görə, iclasda “Şam” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. Milli Televiziya və Radio Şurasının qərarına əsasən “Şam” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb. Eyni zamanda "Türkel TV” MMC-nin peyk yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətinə baxılmış, "Türkel TV” MMC-yə peyk yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.İclasda həmçinin “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın layihəsi təsdiq edilib.