Qadin.NET / 20 ilin ən güclü tornadosu olub

20 ilin ən güclü tornadosu olub

 

Son 20 ilin ən güclü tornadosu Amerika Birləşmiş Ştatlarının İllinoys ştatında dağıntılara və insan tələfatına səbəb olub. Yerli xilasetmə xidmətinin məlumatına görə, tornado nəticəsində 1 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb. 
Təbii fəlakət nəticəsində ən çox zərər görən yaşayış məntəqələri isə Raşel və Feyrdeyl şəhərcikləri olub. 
Tornado Raşel şəhərciyindəki 50 evin hamısını yerlə yeksan edib. Feyrdeyl şəhərciyində isə evlərin hamısına zərər dəydiyi, bir çoxunun tamamilə dağıldığı bildirilir. 
Hazırda dağıdıcı tornadonun Çikaqo ştatı istiqamətində hərəkət etdiyi xəbər verilir.

 

Mənbə: ANS PRESS
11 aprel 2015
GO BACK