Qadin.NET / İrəvanın böyük müharibə mesajı

İrəvanın böyük müharibə mesajı

 

 

“Əgər Ermənistan Azərbaycana “gözə göz, dişə diş” prinsipi ilə cavab versə, ertəsi gün geniş miqyaslı müharibə başlayar ki, yüzlərlə insan qurban gedər”. 
ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib. 
Erməni jurnalistlər Ermənistan ordusunun niyə Azərbaycan ordusuna cavab verə bilmədiyi barədə suallar veriblər. Onlar ölənlərdən başqa Ermənistan ordusunun əsgərlərinin çox sayda əsgərinin şikəst olmasını da bildiriblər. 
Söhbət zamanı Helsinki Vətəndaş Assambleyasının sülh məramlı proqramlarının koordinatoru Armine Sadikyan bildirib ki, Ermənistan ordusunda baş verənlərin hamısını Azərbaycanın üzərinə yıxmaq olmaz. Onun sözlərinə görə, 2010-2014-cü illlərdə Ermənistan ordusunda ölümlərin yalnız 25%-i atəşkəs rejiminin pozulması nəticəsində olub. Qalan 85% isə daxili problemlərlə - “dedovşina”, xəstəlik və s. ilə bağlı olub. 
Amma 2014-cü ilin avqust ayında vəziyyət dəyişir və ölümlərin 50%-i qarşı tərəfindən gülləsi ilə bağlıdır. 


Mənbə: ANS PRESS

11 aprel 2015
GO BACK