Bakı-2015 İlk Avropa Oyunlarına həsr edilmiş, çəkisi 200 kiloqram olan dünyada ən böyük şokolad tablo təqdim ediləcək.
Azərbaycan Muzey Mərkəzindən Trend-ə verilən məlumata görə, bu təqdimat mayın 15-də Mədəniyyət və Turizm Nazirliyinin və Muzey Mərkəzinin təşkilatçılığı ilə Bakıda açılacaq Nikolay Popovun “Nikolya” şokolad muzeyi” sərgisində baş tutacaq. Tablo məşhur şokolad ustası N.Popovun özü tərəfindən hazırlanıb.

N.Popov, həmçinin bu sərgi üçün Azərbaycana və paytaxtımıza həsr olunmuş silsilə şokolad incəsənət əsərləri yaradıb. Bu sırada 70 kiloqramdan artıq “Qız Qalası”, habelə Hökumət evi, Muzey Mərkəzi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, “Alov Qüllələri”, marsipan meyvə və güllər, şokolad manqal və digər əsərlər yer alıb.
Qeyd edək ki, 200 kvadratmetrlik məkanda nümayiş olunacaq sərgidə ümumi çəkisi 700 kiloqramdan artıq 250-dən çox yüksək keyfiyyətli şokolad məmulatı, o cümlədən marsipan heykəllər, şokolad tablolar, miniatürlər, kompozisiyalar nümayiş etdiriləcək.
Sərgidə, həmçinin şokoladın tarixi barədə maraqlı faktlarla tanış olmaq mümkündür.
Sərgidə, həmçinin şokoladın tarixi barədə maraqlı faktlarla tanış olmaq mümkündür.
Sərgi iyunun 28-dək davam edəcək.
Mənbə: Milli.Az