Qadin.NET / Türk kəndində "cəhənnəmə qapı" yarandı

Türk kəndində "cəhənnəmə qapı" yarandı

 

 

"Çox qorxuruq. Qəflətən, heç bir səbəb olmadan belə hadisənin baş verməsi bizi olduqca narahat edir. Alimlərdən, dövlət adamlarından xahiş edirik ki, vəziyyəti araşdırsınlar, bizə bir cavab versinlər".Çinin Sinzyan-Uyğur Muxtar Mahalının mərkəzi şəhəri Urumçinin yaxınlığındakı uyğur türklərin kəndində narahatlıq, təlaşdır.
Kəndin kənarında eni 2 metrdən artıq dəlik yaranıb.Dəliyə yaxın getmək olmur, çünki ərimiş daş və torpağın hərarəti 792 dərəcədən artıqdır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ekspertlər dəliyə yaxınlaşa bilmədiklərindən onun dərinliyini ölçə bilmirlər.
Kənd sakinləri ilə yanaşı, sosial şəbəkələrdəki çinlilər bu dəliyi "cəhənnəmə qapı" adlandırırlar.
Alimlərin dediklərinə görə, Sinzyan-Uyğur Muxtar Mahalı seysmik və tektonik baxımdan fəal zonada yerləşdiyindən yeraltı qatlardakı ərimiş süxurlar yuxarı çıxırlar.
Mənbə: Milli.Az
10 aprel 2015
GO BACK