
Britaniyalı Kevin Karr indiyədək kimsənin bacarmadığı, amma çox insanın arzuladığı əməli gerçəkləşdirib.
34 yaşlı Karr qaçaraq dünya səyahətinə çıxıb və bu riskli, təhlükəli, çox ağır işi uğurla başa vurub.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 621 gün davam edən epik macəra zamanı Kevin 19,6 kq arıqlayıb, 16 cüt krossovka dəyişib.
Yeməyi, içməyi, geyimi və gərəkli ləvazimatı önündə itələyərək qaçdığı kiçik arabasında olan Kevin Karr səyahət əsnasında ayıların hücumuna məruz qalıb, canavarlardan zorla qurtulub, iki dəfə quldurların "şikarı"na dönməkdən zorla xilas olub.O, hər gün marafon qaçışına bərabər məsafəni qət edib. Yəni 42195 metr qaçıb.İngiltərənin Devon qraflığındakı Vulakomb şəhərinin sakini 621 günlük unikal səyahətinə 2013-cü ilin iyul ayında Dartmur qraflığındakı Haytor şəhərində başlayıb və 26 ölkədən keçərək elə həmin məkana qayıdıb.26332 kilometri 621 günə qaçaraq qət etməklə K.Karr avstraliyalı Tom Dennissin dünya rekordunu yeniləyib.
Mənbə: Milli.Az