Qadin.NET / “Xəzər adaları”nda görüş

“Xəzər adaları”nda görüş

“Xəzər adaları”nda görüş
Azərbaycanda fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələri (KİV) rəhbərləri və nümayəndələri “Khazar İslands” (“Xəzər adaları”) şəhər-kompleksinin ərazisində olub, tikinti işləri ilə tanış olublar.
ANS PRESS-in xəbərinə görə, “Avesta Concern”in prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli Xəzər dənizi sahilində inşa olunan möhtəşəm layihə haqqında geniş məlumat verərək bildirib ki, “Xəzər adaları” ümumilikdə 78 süni adadan ibarət olacaq ki, hazırda onlardan beşi yaradılıb, birində binalar inşa olunur. Bu günə kimi layihənin həyata keçirilməsinə 1 milyard 157 milyon dollar vəsait xərcləndiyini bildirən iş adamı bu vəsaitin cəmi 57 milyon dollarının Azərbaycan Beynəlxalq Bankının verdiyi kredit olduğunu, qalan məbləğin isə özünün şəxsi vəsaiti olduğunu bəyan edib. 
O deyib ki, “Xəzər adaları”nda salınan şəhərin birinci mərhələsini başa çatdırmaq üçün əlavə 2 milyard dollara ehtiyac var: “Əgər 2 milyard dollar da olarsa, ən geci 2020-ci ilədək birinci mərhələdə nəzərdə tutulan tikinti işləri başa çatacaq. Birinci adadakı mənzillərin və obyektlərin satışından 7-10 milyard dollar gəlir əldə ediləcəyi gözlənilir. Birinci adanın satışından əldə olunan gəlir ilə növbəti adalar tikiləcək. Bu isə o deməkdir ki, “Xəzər adaları”nda işləri davam etdirmək və tamamlamaq üçün cəmi 2 milyard dollara ehtiyacı var.”
Ümumilikdə layihənin 100 milyard dollar başa gələcəyini bildirən Hacı İbrahim Nehrəmli bu vəsaitin bir dəfəyə deyil, mərhələli şəkildə, bir adadan qazanılan pulun növbəti adanın tikintisinə sərf edilməsi ilə işlərin davam etdirilməsinin nəzərdə tutulduğunu söyləyib. “
Aveta Concern”in prezidenti söyləyib ki, hazırda tikinti işləri aparılan birinci adada gələn ildən yaşayışa başlanılacaq. Binaların fasadının şüşələnməsi işləri aparılır. Gələn il birinci adada 6-7 min nəfər yaşaya biləcək. Birinci adada hazırda tikilən binalardan başqa tikiləcək digər binaların 50 faizinin özülü qoyulub. Hazırda tikilməkdə olan binalar başa çatdıqdan sonra özülü qoyulan binaların tikintisi başlayacaq. Birinci adada gələcəkdə 60 min insanın yaşaması nəzərdə tutulub.
O, yerli iş adamlarını çəkinmədən “Xəzər adaları”na sərmayə yatırmağa çağırıb: “Bizim bəzi iş adamları əllərində olan pulu aparıb Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində və başqa dövlətlərə yatırırlar. Arzu edərdik ki, onlar da öz vəsaitlərinin bir hissəsini bu layihəyə yatırsınlar. Biz burada 50 faiz qazanc olacağına zəmanət veririk. Biz Bakı şəhərində də bina tikirik, amma bu qədər qazanmırıq.
“Xəzər adaları”nda görüş

“Xəzər adaları”nda görüş

Mənbə: ANS PRESS

10 aprel 2015
GO BACK