Havanın temperaturunun gecə 4-6Лљ, gündüz 7-10Лљ isti olacağı gözlənilir. Aprelin 11-da Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 2-7Лљ, gündüz 8-13Лљ, dağlarda gecə 0-5Лљ şaxta, gündüz 1-6Лљ isti olacaq.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 10-dan 13-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı haqqında xəbərdarlıq etmişdi. Məlumatda şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə tədricən 5-8Лљ aşağı enəcəyi, çaylarda sululuğun artacağı bildirilirdi.
Mənbə: ANS PRESS