Yaponiyada 82 min personal kompüter yeni tip virusa yoluxub. Bu virusun düşdüyü kompüterdə bank hesabının istifadəçi adı və parolu daxil edilən zaman avtomatik olaraq bankdakı vəsaitlərin başqa hesaba köçürülməsi ilə bağlı komanda verilir. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, məlumatı Tokio Polis İdarəsi yayıb.
Yaponiyanın internet provayderləri polisə müraciət edərək kiber cinayətkarların qarşısını almaq üçün yardım istəyiblər. Artıq 44 min kompüter vasitəsi ilə pullar oğurlanıb. 32 min kompüterdə isə təhlükə, hələ də, qalır.
İnsanlara dəymiş zərər 2.90 miyard ien (24 milyon ABŞ dolları) məbləğindədir.
Mənbə: Milli.Az