Qadin.NET / Ermənilərin itkisi getdikcə artır

Ermənilərin itkisi getdikcə artır

Ermənilərin itkisi getdikcə artır
Ermənistan ordusu daha bir itki verib. 
ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hərbi hissələrdən birində qəza baş verib. Qəza nəticəsində 19 yaşlı erməni əsgər Artur Arakelyan ölüb. Ermənistan Müdafiə Nazirliyi insidentin araşdırılmasına başlanıldığı haqda məlumat yayıb. 
Qeyd edək ki, son günlər Azərbaycan torpaqlarını işğal altında saxlayan erməni birləşmələri demək olar ki, hər gün döyüş və qeyri-döyüş şəraitində itki verir. 
Azərbaycanın müdafiə nazri bildirib ki, bu ilin əvvəlindən ermənilərin 30-dan çox hərbçisini itirib. Zakir Həsənov əlavə edib ki, Ermənistan ordusunda baş verən bu hərc-mərcliklər əhalinin əhval-ruhiyyəsinə də təsir edib.
“Ermənistan Silahlı Qüvvələri bu itkiləri gizlətsə də, özlərinin açıqladıqları rəsmi məlumatlara görə, 30 hərbçi itiriblər. Müxtəlif saytların itkilər barədə yaydığı məlumatlarda isə bu rəqəm 50-yə gedib çıxır. Bu itki yalnız bu il baş verib. Mən rəsmi olaraq deyirəm ki, bu il cəbhədə 8 hərbi qulluqçumuz şəhid olub. Biz vətənimizi qoruyuruq, şəhidlərimiz vətən uğrunda canlarını veriblər. Ermənistan hərbçiləri isə təcavüzkardır və Azərbaycan işğal olunmuş torpaqlarında xidmət edirlər. Sadə erməni xalqı da bunu bilir. Ermənistan xalqı küçələrə çıxır, nümayişlər keçirir. Onlar birbaşa Ermənistanın Müdafiə Nazirliyi, Prezident Aparatı qarşısında cəbhədə olan proseslərin, o cümlədən itkilərin gizlədilməsinə etiraz edirlər. Bu onu göstərir ki, artıq düşmən ordusu Azərbaycan ordusu qarşısında dura bilmir”, - deyə Zakir Həsənov vurğulayıb.

Mənbə: ANS PRESS

10 aprel 2015
GO BACK