Qadin.NET / Dollarda növbəti bahalaşma

Dollarda növbəti bahalaşma

 

Dollarda növbəti bahalaşma

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 dollar 1,0515-dən 1,0520-ə qədər bahalaşıb. 
Avronun məzənnəsində isə azalma qeydə alınıb. 
Belə ki, 1 avro 1.133-dən 1.1235-ə qədər ucuzlaşıb. 
Rusiya rublunun kursunda isə bahalaşma davam edib. İndi 1 rublun dəyəri artaraq 0.0196-dan 0.0203 manata çatıb. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.

 

Mənbə: ANS PRESS

10 aprel 2015
GO BACK