Qadin.NET / Bu prezident də Putinin dəvətini qəbul etmədi

Bu prezident də Putinin dəvətini qəbul etmədi

 

 

Avstriya prezidenti mayın 9-da Rusiyada keçirilən Qələbə Paradında iştirak etməyəcək.ANS PRESS-in məlumatına görə, yayılan rəsmi məlumatda buna səbəb Avstriya prezidenti Haynts Fişerin başqa tədbirlərdə itşirak etməsi göstərilib. Belə ki, Fişerin mayın 8-də paytaxt Vyanada İkinci Dünya Müharibəsinin bitməsinə həsr olunan anım tədbirlərində iştirak edəcəyi bildirilib. Mayın 10-da isə dövlət başçısı Mauthauzen hərbi düşərgəsinin məhbuslarının xatirəsini yad edəcək.
Xatırladaq ki, mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibəti ilə keçiriləcək bayram mərasimlərində iştirak etmək niyyətini hələ ki, 25 ölkə başçısı təsdiqləyib. Bütövlükdə isə 68 ölkə başçısına dəvətnamə göndərildiyi bildirilib.

 

Mənbə: ANS PRESS

9 aprel 2015
GO BACK