Qadin.NET / Salyanda qeyri-adi yumurta

Salyanda qeyri-adi yumurta

 

 

Salyanda toyuq qeyri-adi yumurta yumurtlayıb. ANS TV-nin məlumatına görə, bu hadisə Salyan şəhər sakini Taleh Əliyevin təsərrüfatında baş verib. Belə ki, ev sahibi həmişə olduğu kimi səhər saatlarında toyuqları hindən çölə buraxarkən yuvada adi yumurtaların yanında balqabağa oxşar bir yumurta görür. Əvvəlcə onun yumurta olduğuna şübhə edib. Sonra əlinə götürdükdə heyrətindən bir anlıq donub. 
İndiyədək belə bir hadisə ilə ilk dəfə qarşılaşan ev sahibi bu barədə qonşularına da xəbər veribr. Qeyri-adi yumurta görənlərin təəccübünə səbəb olub.
Mütəxəssislərin fikrincə, bu cür hadisələr adətən toyuğun qidalanmasında istifadə edilən maddələrdən birinin təsirinin nəticəsində ola bilər. 

 

Mənbə: ANS PRESS

9 aprel 2015
GO BACK