Qadin.NET / İlham Əliyev Qələbə paradında

İlham Əliyev Qələbə paradında

 

 

Mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibəti ilə keçiriləcək bayram mərasimlərindən iştirak etmək niyyətini hələ ki, 25 ölkə başçısı təsdiqləyib. 
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin administrasiyasının başçısı Sergey İvanov bildirib. Onun sözlərinə görə, ilk gələnlər sırasında Belarus və Qazaxıstan, həmçinin Ermənistan, Azərbaycan və Qırğızıstan liderlərinin olacağı gözlənilir. 
Bütövlükdə, 68 ölkə başçısına dəvətnamə göndərilib. Dəvəti qəbul etdiyini bildirənlər sırasında Hindistan, CAR, Vyetnam, Monqolustan və Misir prezidentləri də var. Həmçinin Kuba və Çin liderləri, Yunanıstan baş naziri və Kipr prezidenti dəvəti qəbul edib. 
"Şimali Koreya lideri Kim Çen In da Moskvaya gələcək, amma Cənubi Koreya prezidenti Pak Kın Xenin gəlməsi hələ sual altındadır". 

Mənbə: ANS PRESS

9 aprel 2015
GO BACK