Qadin.NET / Dünyanın ən dəhşətli həbsxanası

Dünyanın ən dəhşətli həbsxanası

 

 

Dünyanın ən dəhşətli həbsxanalarından birinin fotoları yayılıb. ANS PRESS-in məlumatına görə, Braziliyadakı Pedrinhas həbsxanası planetin ən dəhşətli həbsxanalarından sayılır. Bu həbsxanada təkcə ötən il 75 məhkum öldürülüb.Pedrinhas həbsxanasında baş verən qarşıdurmalar kütləvi ölümlərə səbəb olur. Təəssüf ki bu cinayətlərə nə gözətçilər, nə də polislər mane ola bilmir. Bu həbsxanada mafya üzvləri, qatillər, canilər, narkotik satıcıları və psixi xəstələr var. Cinayətkarlar bəzən bir-biri ilə dalaşır. Mübahisələrin sonunda adətən bir neçə cinayətkar ölür. Maraqlısı odur ki, məhbuslar cinayəti içəriyə keçirdikləri silahlarla törədirlər. Silahın içəriyə neçə keçirildiyi isə bəlli deyil. Pedrinhas həbsxanasında özbaşınalıq o həddə çatıb ki, kişilər qadınların qaldığı koloniyalara hücum çəkərək onları zorlayırlar. Təkcə son bir ildə 20 qadın məhkum bu səbəblə hamilə qalıb. Qeyd edək ki, Braziliya həbsxanalarında cəmi 450 min məhkum var. Dünya üzrə məhkumların sayına görə, Braziliya 4-cü sıradadır.

 

Mənbə: ANS PRESS

9 aprel 2015
GO BACK