Qadin.NET / Zəhərli göbələkləri necə tanımalı?

Zəhərli göbələkləri necə tanımalı?

 

 

Kanal S (Region TV) xəbər verir ki, yazın gəlişi ilə əlaqədər təbiətin digər nemətləri kimi göbələklər də yetişməyə başlayır. Menyuda göbələklərə üstünlük verən insanlar göbələk yığmaq üçün təbiətin qoynuna üz tuturlar. Ancaq yeməli göbələkləri zəhərli göbələklərdən ayırd etmək vacibdir. Əks halda zəhərlənmə halları mümkündür. 
Zəhərli göbəklərin bir qisminin yeməli göbələklərə bənzəməsi bir çox hallarda xoşagəlməz hadisələrə səbəb ola, hətta ölümlə nəticələnə bilər. Burada ötən il Zaqatalada iki ailənin göbələkdən zəhərlənməsi faktını qeyd etmək istərdik. Bunları nəzərə alaraq həkimlər insanlara göbələklərdən istifadə edərkən ehtiyatlı olmağı tövsiyyə edirlər. Göbələkləri ayırd etmək üçün bu bitkiləri yaxşı tanımaq lazımdır. Zahiri görünüşə, gözəlliyə aldanmaq olmaz. Bol miqdarda dəmir mineralına malik olan bu bitki qanda xolesterolun səviyyəsini aşağı salaraq insanı ürək-damar xəstəliklərindən, həmçinin infarktdan qoruyur. 
Göbələk pəhriz saxlayan insanlar üçün də faydalıdır. Ancaq təhlükəli olduğundan bir çox insan göbələkdən imtina edirlər. Hətta yeməli göbələklər belə uzun müddət qaldıqa tərkibini dəyişir və zəhərlənmələrə səbəb ola bilir. 
Ümumiyyətlə, göbələyi bişirərkən bir neçə nüansa diqqət yetirmək lazımdır. Bunlardan biri qazanda qaynayan göbələyin təsiri ilə soğanın rənginin dəyişməsidir. Bu halda ondan imtina etmək lazımdır. Yeməli göbələklər əsasən meşəlik massivlərinin açıq sahələrində əmələ gəlir. Təbiətdə göbələyin minlərlə növü mövcuddur. Yarım saat ərzində 10 santimetr böyüyən bu bitki inkişaf tempinə görə canlı aləmin bütün nümayəndələri arasında rekordçudur.  

Mənbə: Milli.Az

9 aprel 2015
GO BACK