Qadin.NET / Bakıdakı Andranik qalmaqalının kökü tapıldı

Bakıdakı Andranik qalmaqalının kökü tapıldı

 

 

Bakıda sənaye üsulu ilə ilk şərab istehsalçısının goru indi yəqin, çatlayıb. O, müəssisəsini daşnaklardan və erməni sahibkarlardan qorumağa çalışırdı. Lakin öləndən bir əsr sonra bu adamı Bakıda “erməniləşdirdilər”. Dünən bütün ölkə mətbuatı Bakının Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən pabda Ermənistanın milli qəhrəmanı olan, qaniçən Andranik Ozanyanın portretinin vurulması xəbərini tirajladı. Hətta iş o yerə çatdı ki, pabın qarşısından həmin şəkil yığışdırıldı. Milli.Az Nərimanov Rayon Polis İdarəsindən öyrəndi ki, pabın sahibi dindirilib və məlum olub ki, səs-küylü şəkil Bakıda ilk şərab istehsal edən sahibkar Pyotr Montinindir. 

Mənbə: Milli.Az

9 aprel 2015
GO BACK