Qadin.NET / İbrahimoviçin şərəfinə axtarış sistemi yaradıldı

İbrahimoviçin şərəfinə axtarış sistemi yaradıldı

 

 

İsveç millisinin və PSJ-nin futbolçusu Zlatan İbrahimoviçin adına yeni axtarış sistemi istifadəyə verilib.Milli.Az Qol.Az-a istinadən xəbər verir ki, "Google"nin nəzarəti altında fəaliyyət göstərən sayt Zlaaatan.com adlanır. Axtarış sistemində ancaq İbrahimoviçə aid məlumatlar, şəkillər, videolar yer alıb.
Layihəni həyata keçirən "SweetPop" agentliyidir. Agentliyin direktoruAndreas Killander bu barədə deyib: "Zlatan dünya futbolunun ən çox sevilən oyunçularındandır. Onun barəsində hər gün dünyanın müxtəlif ölkələrində minlərlə insan məlumat toplayır. Buna görə də bu layihədə məhz onu seçdik. Bu axtarış sistemində başqa bir insanın adı yazılsa belə, ancaq İbrahimoviçlə bağlı xəbərlər çıxacaq".
A.Killander onu da qeyd edib ki, bu layihəni İbrahimoviçə xəbər etmədən həyata keçiriblər: "Bununla bağlı İbrahimoviçdən razılıq almamışıq. Amma ümid edirik ki, bu ideyamız onun xoşuna gələcək”.
Mənbə: Milli.Az
9 aprel 2015
GO BACK