Qadin.NET / Millimiz FİFA reytinqində irəlilədi

Millimiz FİFA reytinqində irəlilədi

 

 

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. ANS PRESS-in məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində ciddi dəyişiklik olub. 
Millimiz 264 xalla 115-ci pilləyə yüksəlib. Azərbaycan yığması 24 pillə birdən irəliləyib. Reytinq cədvəlinin ilk pilləsində Almaniya yığması (1687 xal) qərarlaşıb. Siyahıda Argentina 2-ci (1490 xal), Belçika isə 3-cü (1457 xal) pillədə yer alıb. 
Sonrakı yerləri Kolumbiya (1412), Braziliya (1354), Hollandiya (1301), Portuqaliya (1221), Uruqvay (1176), İsveçrə (1135) və İspaniya (1132) qərarlaşıb. 
Fransa uzun müddətdən sonra ilk onluqdan kənarda qalıb və aktivindəki 1127 xalla 11-ci saraya geriləyib. Türkiyə millisi isə 603 xalla 53-cü pillədə özünə yer tapıb.

 

Mənbə: ANS PRESS

9 aprel 2015
GO BACK