Qadin.NET / Sabah Azərbaycanın bəzi yerlərində qar yağacaq

Sabah Azərbaycanın bəzi yerlərində qar yağacaq

 

 

Sabah Azərbaycanda yağıntılı hava gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 5-8Лљ, gündüz 10-14Лљ isti olacağı gözlənilir.
Aprelin 10-da Azərbaycanın rayonlarında da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturu aran rayonlarında gecə 5-10Лљ, gündüz 13-18Лљ, dağlarda gecə 0-4Лљ, gündüz 4-7Лљ isti olacaq.

 

Mənbə: ANS PRESS

9 aprel 2015
GO BACK