Qadin.NET / İŞİD Fransanı "vurdu"

İŞİD Fransanı "vurdu"

 

İŞİD Fransanı "vurdu"

İŞİD terror qruplaşmasına aid olduğunu iddia edən hakerlər Fransanın TV5Monde televiziya stansiyasının TV kanallarını, vebsaytlarını və sosial media səhifələrini ələ keçiriblər.
ANS PRESS-in məlumatına görə, hakerlər TV5Monde-nin sosial media səhifələrində sənədlər də yerləşdiriblər. Bu sənədlərin İŞİD silahlılarına qarşı hərbi əməliyyatlarda iştirak edən Fransa əsgərlərinin qohumlarının şəxsiyyət vəsiqələrinin surəti olduğu bildirilir.
TV5Monde-nin baş direktoru Yves Bigot deyib ki, stansiya heç bir yayım həyata keçirə bilmir, vebsayt və Facebook səhifələrində isə İŞİD-in mesajları peyda olub. Stansiya iki saatdan sonra Facebook səhifəsini ələ keçirib, ancaq hələ də verilişlərini yaya bilmir.
Hakerlərin yaydığı mesajlardan birində Fransa prezidenti Fransua Ollandı İraqda və Suriyada İŞİD-i bombalayan ABŞ koalisiyasına qoşulmaqla “bağışlanmaz səhvə” yol verməkdə ittiham olunur.
Xatırladaq ki, hakerlər özlərini "KiberXilafət" (CyberCaliphate) adlandırıb və İŞİD düşmənlərinə qarşı kibercihad apardıqlarını bəyan ediblər.

 

Mənbə: ANS PRESS

9 aprel 2015
GO BACK