Qadin.NET / Cəbhədə irimiqyaslı təlimlər

Cəbhədə irimiqyaslı təlimlər

 

Cəbhədə irimiqyaslı təlimlər

İrimiqyaslı əməliyyat-taktiki təlimləri keçirilir.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən təlimlər keçirilən bölgədə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub və onların hazırlıq səviyyəsini yoxlayıb.
Müdafiə nazirliyinin rəhbərliyi poliqonda yaradılmış müxtəlif təlim nöqtələrinə baş çəkərək şəxsi heyətin, silah-sursatın və döyüş texnikalarının gecə təlimlərində iştirakı və ümumi hazırlıq üzrə görülən işlərin keyfiyyəti ilə maraqlanıblar.
Təlimlər davam edir.
Mənbə: ANS PRESS

 

9 aprel 2015
GO BACK