Amerikalı ailmlər telefonlar üçün bir dəqiqədə batareyanı dolduran “adapter” kəşf edib. "Qafqazinfo" Reuters-ə istinadən xəbər verir ki, bu barədə “Nature” jurnalı məlumat yayıb.Yeni alüminium-ion batareyanı milyonlarla dizüstü bilgisayar və cib telefonlarında istifadə etmək olacaq. Kaliforniyadakı Stenford Universitetində fəaliyyət göstərən kimya professoru Hongjie Dai açıqlamasında bir dəqiqə ərzində batareyanı dolduran “adapter”ı tezliklə ictimaiyyətə təqdim ediləcəyini bildirib.
Mənbə: Milli.Az