Qadin.NET / “Facebook” istifadəçilərinin nəzərinə

“Facebook” istifadəçilərinin nəzərinə

 

 

"Facebook"un rəhbəri Mark Zukerberq sosial şəbəkənin ünsiyyət alətləri arasında “dislike” (bəyənməmək) düyməsinin olmayacağını bəyan edib.ANS PRESS-in məlumatına görə, bu haqda Zukerberq yerli radiostansiyalardan birinə verdiyi müsahibəsində bildirib.“Bəzi adamlar “dislike” düyməsinin yaradılmasını zəruri hesab etsə də biz qərara gəldik ki, belə düymə yaradılmayacaq. Düşünmürəm ki, “dislike” düyməsi hansısa əhəmiyyət kəsb edir və ya sosial şəbəkə cəmiyyətinə fayda gətirəcək. Siz istənilən paylaşımın altında şərh yaza bilərsiniz" - deyə Zukerberq bildirib.Qeyd edək ki, “Facebook” hazırda dünyanın ən böyük sosial şəbəkəsidir. Aylıq auditoriyası 1,19 milyard istifadəçi təşkil edir.

Mənbə: ANS PRESS

9 aprel 2015
GO BACK