Qadin.NET / Yadplanetlilərlə tanışlığa az qaldı

Yadplanetlilərlə tanışlığa az qaldı

 

 

10-20 il ərzində yadplanetlilərlə tanış ola bilərik. ANS PRESS-in məlumatına görə, bu açıqlamanı Amerika Kosmik Agentliyi - NASA-nın elm adamları veriblər. NASA-nın qabaqcıl elm adamlarından olan Ellen Stofan Vaşinqtonda verdiyi açıqlamada “gələcək 10 il ərzində dünyadan kənarda həyat olduğuna dair güclü məlumatlar əldə edəcəyimizə və 10-20 il ərzində qəti sübutlara sahib ola biləcəyimizə inanıram" deyib. Onun sözlərinə görə, artıq bu axtarışda ehtiyac olan texnologiyaya sahibdirlər. “Haraya, necə baxacağımızı bilirik". 
NASA-nın Heliofizika bölməsinin direktoru Ceffri Nevmark da artıq məsələnin kosmosda həyat tapıb-tapa bilməyəcəkləri deyil. Məsələ bunu nə zaman tapacağımızdır. "Amma biz balaca yaşıl adamlardan yox, mikroblardan bəhs edirik".

Mənbə: ANS PRESS

9 aprel 2015
GO BACK