Bir insanın müdrik olmasını ətrafınızdakılardan eşidərkən siz nə düşünürsünüz? Yəqin ki, gözünüzün qarşısında ziyalı bir insan obrazı canlanır. Ancaq aqil olmaq sadə bir suala qısa bir zamanda cavab verməkdən və ya testlərdən yüksək qiymət almaqdan daha da üstün olan bir şeydir. Aqil insanlar hər zaman yaradıcı, başqalarına qarşı şəfqətli, məzlum və şükürlüdürlər. Onlar özlərini dünyanın bir parçası kimi görürlər və başa düşürlər ki, böyük işlər etmək iqtidarındadırlar.
ANS PRESS müdriklərin yol vermədikləri 10 əməli təqdim edir:
1. Məğlubiyyətsiz qələbə yoxdur.
Bu insanlar bilirlər ki, məğlubiyyətsiz qələbə yoxdur. Ümumiyyətlə keçmişdə baş verənləri bu günə daşıyan insanlar az deyil. Lakin bu gələcəkdə qarşıya qoyulan hədəflərə çatmağa maneə yaradır. Aqil insanlar fərqli olaraq anlayırlar ki, olan artıq olmuşdur, bundan sonra irəliyə baxmaq lazımdır və edilmiş səhvlərin üzərində işləyərək daha da mükəmməl olmaq lazımdır.
2.Heç vaxt neqativlərlə yüklənmirlər.
Bu insanlar idarəçiliklərinin öz düşüncələrinə söykəndiyini çox gözəl anlayırlar və buna görədə ancaq pozitivlərlə yüklənirlər. Başa düşürlər ki, həyatı yüngülləşdirən insanların istək, yaradıcılıq, quruculuq, sevgi, təəcübləndirmək və dəyişdirmək qabiliyyətlərinin geniş istifadəsidir.
3. Problemlərdən qaçmırlar.
Hər bir kəsin problemləri olub, var və olacaq ki, bunlar bir işlə məşgul olduqda, pul olaraq, ailədə, sağlamlıqla əlaqəli və s. kimi qarşıya çıxır. Aqil insanlar bu problemlərin qarşısıına keçir və onların həllində yaradıcı üsulları axtarırlar. Hətta büdrəyərkən belə, qalxıb yollarına davam edirlər. Onların daxillərindəki qorxuları dəf edəcək cəsarətləri tükənməzdir. Problemləri və onun həllini aqil insanlar öz həyatlarını daha da yaxşılaşdırmaq üçün bir fürsət kimi görürlər.
4. Özləri haqqında başqalarının nə düşündüklərinə əhəmiyyət vermirlər
Aqil insanlar başqalarının neqativ düşüncələrinin öz həyatlarındaki uğurun və xoşbəxtliyin qarşısına keçməsinə heç bir şəkildə icazə vermirlər. Ətraf inancsız, əxlaqsız və düşmənlə dolub. Ancaq bu kəsləri məcazi mənada bir kənara atar və çevrələrini dəyərlərini, meyarlarını bölüşə biləcək aqil insanlarla doldurarlar. “Əgər sən bir otaqda hər kəsdən ağıllısansa, demək otağını düzgün seçməmisən”.
5. Boş yerə vaxt itirməzlər
Aqil insanlar boş şeylərə vaxt sərf etməzlər. Özlərini məhsuldar vərdişlərlə zənginləşdirirlər ki, bu da gələcəkdə onların çətinliklə deyil aqilliklə işləmələrinə şərait yaradır. Mənasız işlərlə məşğul olmasalar da gecə və gündüz, istirahət etmədən işləmənin tam əksinədirlər. İnsana fiziki və əqli istirahət vacibdir.
6. Qısa zamanda məmnuniyyət gözləməzlər
Aqil insanlar anlayırlar ki, yaxşı nəticəni gözləyə bilənlər əldə edə bilər. Əldə etmək istədiklərimizə qısa zamanda və cox rahat bir şəkildə nail olmaq istəyirik. Lakin müdriklər unutmurlar ki, az bir zamanda alınan nəticənin məmnunluğundan daha üstünü, nəticəyə qədərki gedən prosesin özünün verdiyi həzzdir, hansı ki, bu proseslə siz sevə-sevə günlərlə məşğul olursunuz.
7. Nəzarət edə bilmədiklərinə fokuslanmırlar
Gündəlik həyatda qarşılaşdığımız, lakin bəzi hallarda nəzarət edə bilmədiyimiz şeylər var. Məsələn yollardakı tıxaclar, kobud insanlar və s. Aqil insanlar bu hadisələrə sakit yanaşırlar. Onlar başa düşürlər ki, sakit düşüncə tərzi – müdrikliyin ən parlaq mirvarisidir. Və bu nemətdən maksimum yararlanırlar.
8. Onlara mane olan kiməsə vaxt sərf etmirlər
Aqil insanlar özlərini digər aqillərlə əhatə edirlər. Onlar öz vaxtlarını həyatı anlamaqla və dəyərləndirməklə seçilən ailələri, dost və tanışlarına sərf edirlər. Və dərk edirlər ki, neqativ insanalarla keçirdikləri vaxta məhdudiyyət qoymalıdırlar. Buna görə də bu insanlar pozitiv, intellektual və sevincli insanlarla bir arada olmağa daha çox vaxt ayırırlar.
9. Onlar qürurlarını nümayiş etdirmirlər
Müdriklər öz üstünlüklərini dillərinə gətirmirlər. Yəni heç vaxt deməzlər ki, mən ağıllıyam. Çünki onlar təvazökardırlar. Onlar öz uğur və nailiyyətləri ilə qürurlanmırlar.
10. “Təşəkkür edirəm” deməyi unutmurlar
“Təşəkkür edirəm” deyin. Bu, sizin edəcəyiniz ən vacib şeydir. Təbii ki, siz əgər aqil olmaq istəyirsinizsə. Aqil insanlar anlayırlar ki, dünya onların ətrafında fırlanmır. Onlar yaxşılıqların nələrə qadir olduqlarına inanır və bilirlər ki, hər hansı təmənnasız kiçik bir hərəkət, məsələn tanımadığınıza belə bir təbəssüm etmək, kimlərinsə və öz həyatını dəyişdirə bilər.
Mənbə: ANS PRESS