Qadin.NET / Bu adanın sakinləri "ölməyi unudublar"

Bu adanın sakinləri "ölməyi unudublar"

Bu adanın sakinləri "ölməyi unudublar"
Yunanıstanda İkaria adasının sakinləri sanki "ölməyi unudublar".
ANS PRESS-in məlumatına görə, bu adanın sakinlərinin böyük əksəriyyəti 100 yaşdan çox yaşayırlar. Hətta buradakı banklar da öz şərtlərində bunu nəzərə alıblar. Belə ki, bankların tələblərindən biri də kredit götürənin yaşının 103-dən artıq olmamasıdır. Bir sözlə, banklar da ada sakinlərinin kreditləri ödəyə biləcək qədər uzun yaşayacaqlarından əmindirlər. Təxminən 8 min insanın yaşadığı adada sözün əsl mənasında heç nə baş vermir. Burada həyat o qədər səssiz, rahatdır ki, ada sakinlərinin 200 il yaşamadığına təəccüblənirsən. 
Təbii ki, İkaria adasının sakinlərinin bu qədər uzunömürlü olmalarının səbəbi oС‚ların sağlam həyat tərzi sürməsi, qidalanması ilə də bağlıdır. Bol miqdarda zeytun yağı və müxtəlif çeşidli göyərti məhsulları istehlak edirlər, stressdən uzaq dururlar, günorta yuxusundan da heç vaxt imtina etmirlər, bir-birləri ilə bolluca söhbət edir və heç nə üçün tələsmirlər.
Həmin insanların ən əsas həyat fəlsəfəsi isə hər şeyin qədərində olmasıdır. Onlar yediklərində, içdiklərində, başqaları ilə münasibətlərində, bir sözlə, hər işdə ölçülü davranırlar. Müasir insanlar kimi hər gördüklərinə sahib olmaq ehtiyacı hiss etmədikləri üçün heç nədən artıqlaması ilə istifadə etmirlər.
Adaya getmək isə o qədər də asan deyil. İkarianın ətrafındakı adalar turistlərlə aşıb-daşdığı bir vaxtda buraya getmək üçün turistlər sarsıntılı bir dəniz səyahətini gözə almalıdırlar.

Mənbə: ANS PRESS

8 aprel 2015
GO BACK