İkinci Dünya Müharibəsi illərində Adolf Hitlerin ziyarət etdiyi, Sovetlər Birliyinin KQB-sinin belə, məsləhətlər aldığı Baba Vanqa 1996-cı ildə 84 yaşında vəfat edib.
O, Sovetlər Birliyinin dağılmasını, şahzadə Diananın ölümünü, 2001-ci ilin sentyabrın 11-dəki məşum teraktları, Barak Obamanın ABŞ prezidenti seçiləcəyini və daha yüzlərlə olayı əvvəlcədən xəbər vermişdi.
Baba Vanqanın 2015-ci ildən sonrakı hadisələrlə bağlı öncəgörmələrini təqdim edirik:
2016 - Avropa Birliyinə daxil olan ölkələrin əhalisinin demokrafik durumunda sürətli azalma müşahidə olunacaq
2018 - Çin dünyanın ən qüdrətli dövlətinə çevriləcək
2023 - Yerin oxu yerini azacıq dəyişəcək
2025 - müsəlmanların Avropaya miqrasiyası daha da artacaq
2028 - yeni enerji qaynağı kəşf ediləcək və o, kontrollu termonüvə reaksiya olacaq
2030 - Venera planetinə pilotlu kosmik gəmi göndəriləcək
2033 - Şimal və Cənub qütblərində buzlaqlar əriyəcək, dünya okeanında suyun səviyyəsi qalxacaq
2043 - Müsəlman ölkə bütün Avropaya hakim olacaq
2046 - Süni insan orqanları hazırlanacaq
2060 - Korluğun tam müalicəsi mümkün olacaq
2066 - Müsəlmanların əlindəki Romaya hücum zamanı ABŞ iqlim dəyişiklikliyi yaradan silahdan istifadə edəcək, şəhər dondurulacaq
2076 - Bütün dünyada kommunistlər hakimiyyətə gələcəklər
2084 - Təbiət dirçələcək
2088 - Yeni xəstəlik insanı bir neçə saniyədə qocaldacaq
2091 - Bu dəhşətli xəstəliyin çarəsi tapılacaq
2130- Yadplanetlilərin nəzarəti altında dünya okeanında sualtı şəhərlər tikilməyə başlanacaq
2154 - Heyvanlar yarı-insan olacaq
2167 - Yeni din yaranacaq
2170 - Dəhşətli qıtlıq və quraqlıq olacaq
2183 - Marsdakı insan koloniyasında üsyan başlanacaq və Yerdən müstəqillik tələb ediləcək
2201 - Günəşdəki termonüvə reaksiyaları zəifləyəcək, onun hərarəti azalacaq
2256 - Kosmosa səyahətlər insanlara yeni xəstəliklər "bəxş" edəcək
2299 - Fransada islama qarşı üsyan qalxacaq.
2480 - İnsanların yaratdıqları 2 süni Günəş toqquşacaq, dünya qaranlığa qərq olacaq.
3005 - Marsda savaş başlanacaq
Mənbə: Milli.Az