ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib. O bildirib ki, bu halda devalvasiya 20-30% həcmində ola bilər.
"Mənim fikrimcə manatın ucuzlaşması prosesi parlament seçkilərinə qədər davam edəcək. Seçkilərdən sonra bu proses səngiyəcək. Hesab edirəm ki, ilin sonuna kimi manat 10% ucuzlaşacaq. Yəni, dollar 8 aya manat qarşısında möhkəmlənəcək və minimum 1,12 AZN olacaq", - deyə iqtisadçı bildirib.
Samir Əliyev dolların 1,5 AZN olacağı ilə bağlı iddialarla razılaşmadığını bildirib. Mütəxəssis hesab edir ki, hər şey neftin qiymətindən asılıdır.
Mənbə: ANS PRESS