Qadin.NET / Mayda 3 gün iş olmayacaq

Mayda 3 gün iş olmayacaq

 

 

May ayında 3 gün qeyri-iş günü olacaq.Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, gələn ay 9 May faşizm üzərində Qələbə Günü istirahət gününə təsadüf etdiyi üçün növbəti 2 gün ərzində də - 10 və 11 mayda da qeyri-iş günləri olacaq. Nəticədə 9 və 11 may tarixləri qeyri-iş günləridir. Həmçinin 28 May - Respublika Günü də qeyri-iş günüdür.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü, 11 may istirahət günü hesab olunur. 9 may şənbə gününə düşdüyü üçün, Əmək Məcəlləsinə əsasən, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

Mənbə: Milli.Az

8 aprel 2015
GO BACK