Qadin.NET / Qadınların siqareti atmasına nə mane olur?

Qadınların siqareti atmasına nə mane olur?

 

 

Siqaretin qamətli qalmağa kömək etdiyinə inanan qadınlar siqareti atmağa daha az çalışırlar.Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qadınlara buna görə pul və ya əlavə gəlirlər vəd edilsə belə, onlar bu addımı atmaqdan çəkinirlər.
Alimlər müəyən ediblər ki, artıq çəki ilə bağlı qayğılar siqaret çəkməyi tərgitməyə çalışan insanlar üçün nəzərəçarpacaq maneədir.Onlar bu qənaətə təqribən 10 min qadın arasında aparılan sorğunun nəticələrini təhlil etdikdən sonra gəliblər.Məsələ burasındadır ki, araşdırmada iştirak etmiş qadınların əksəriyyəti siqaretin bədən qamətini normada saxlamağa kömək etdiyini düşünürlər. Bu səbəbdən onlar siqareti atdıqdan sonra tez bir zamanda kökəlməkdən qorxurlar.
Mənbə: Milli.Az
8 aprel 2015
GO BACK