Qadin.NET / "Yaxşı davranışa görə" sürücülük vəsiqəsi qaytarıla bilər

"Yaxşı davranışa görə" sürücülük vəsiqəsi qaytarıla bilər

 

Dövlət quruculuğu və Konstitusiya qanunvericiliyi üzrə Rusiya Dövlət Dumasının komitəsi “yaxşı davranışa” görə sürücü vəsiqələrinin vaxtından əvvəl qaytarılmasını nəzərdə tutan qanun layihəsinin birinci oxunuşda təsdiqlənməsini tövsiyyə edib.Sənəd parlament müzakirələrinə aprel ayının ortalarında çıxarılmalıdır.

 

Milli.Az BBC-yə istinadən bildirir ki, qanun layihəsinə əsasən vəsiqənin vaxtından əvvəl qaytarılması barədə qərarı məhkəmə qəbul edir.Təşəbbüs sərxoşluğa görə vəsiqədən məhrum edilmiş sürücülərə şamil edilmir.
İki il əvvəl təsdiqlənən qaydalara əsasən verdiyi nəfəsin 1 litrində 0,16 milliqramdan artıq alkoqol tapılan sürücü sərxoş tanınır.
Mənbə: Milli.Az
8 aprel 2015
GO BACK