Qadin.NET / Saytların 45 faizində Facebook...

Saytların 45 faizində Facebook...

 

Janrain şirkətinin hesabatına əsasən, Facebook kənar saytlarda qeydiyyat üçün sosial şəbəkənin hesabından istifadə edən istifadəçilərin auditoriyasını artırmağa davam edir.Milli.Az İCTnevs-a istinadən bildirir ki, cari ilin birinci rübündə Facebookun bazar payı 45 faizə çatıb. Sözügedən bazarda ikinci oyunçu olan Googleun payı 37 faizədək azalıb. Başqa sosial media iştirakçılarının payı dəyişməyib: sözügedən bazarın heç bir oyunçusu kənar saytlarda qeydiyyat üçün hesab üzrə 5 faizdən çox toplamağa nail olmayıb.Janrain şirkətinin marketinq və məhsul üzrə vitse-prezidenti Ceymi Beklend hesab edir ki, Facebookun nailiyyəti istifadəçilərin mobil tətbiqlərdən istifadəsinin artımı ilə bağlıdır.

 

Mənbə: Milli.Az
8 aprel 2015
GO BACK