Mütəxəssislər yumurtanın daha bir faydasını üzə çıxarıblar. Sən demə o diabet riskini də azaldır. ANS PRESS-in məlumatına görə, "Daily Mail"də yayımlanan bir araşdırmada yumurtanın diabet xəstələri üçün faydalarından bəhs olunub. Bildirilib ki, iki gündən bir yumurta yemək diabet riskini azaldır. Müntəzəm olaraq yumurta, pendir və yoqurt yeməyin isə 2-ci növ diabet riskini təxminən 33 faiz azaltdığı yazılıb.
Skandinaviyalı mütəxəssislər 42-60 yaş arası yüzlərlə insanı müayinə ediblər. Onlardan 432 nəfərə 2-ci növ diabet diaqnozu qoyulub. Araşdırmalar zamanı müəyyən edilib ki, müntəzəm olaraq yumurta yeyən adamlarda şəkərli diabetin 2-ci növünün yaranma təhlükəsi və qan şəkəri səviyyəsi daha aşağı olub.
Bundan başqa həftədə 4 ədəd yumurta yeyənlərdə 2-ci növ diabet təhlükəsinin həftədə 1 ədəd yumurta yeyənlərə nisbətən 37 faiz daha az olduğu bildirilib.