Qadin.NET / 1,2 min rus əsgəri Ermənistanda

1,2 min rus əsgəri Ermənistanda

 

1,2 min rus əsgəri Ermənistanda

Ermənistanda yerləşən Rusiya hərbi bazasının hərbi qulluqçuları Qələbə gününün 70 illiyi ilə əlaqədar keçirilən parada fəal şəkildə hazırlaşmağa başlayıb.ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açılqma verib.
Bildirilir ki, paradda Gümrü hərbi qarnizonunun 1,2 min hərbi qulluqçusu iştirak edəcək: "Bundan başqa, paradda Rusiya hərbi bazasının əsgərləri, Rusiyanın Emənistanda fəaliyyət göstərən Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri, Ermənistan hərbi hava qüvvələrinin iştirakı gözlənilir", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, mayın 9-da Rusiyanın paytaxtı Moskvada Qələbə paradı keçiriləcək. Burada yeni silahlar nümayiş olunacaq. Onlardan biri də "Armata T-14" tankıdır ki, ilk dəfə Moskvada Qələbə paradında nümayiş olunması gözlənilir. Rusiya Azərbaycanda daxil olmaqla dünyanın bir sıra ölkə rəhbərlərinə mərasimdə iştirak etmək üçün dəvət göndərib.

 

Mənbə: ANS PRESS

7 aprel 2015
GO BACK