Qadin.NET / Bakıya "otaq temperaturu" vəd elədilər

Bakıya "otaq temperaturu" vəd elədilər

 

 

Yaxın 3 gün ərzində ölkə ərazisində havanın temperaturu getdikcə yüksələcək, bəzi yerlərdə 24 dərəcə olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəzlənəcək.Havanın temperaturunun gecə 5-8, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.Aprelin 8-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-8, gündüz 16-21 dərəcə, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

7 aprel 2015
GO BACK