Qadin.NET / Polisə təslim olan it məşhurlaşdı

Polisə təslim olan it məşhurlaşdı

 

 

İtin insanın ən sadiq dostlarından olduğu bəlli idi. Braziliyada polisin keçirdiyi əməliyyat bunu bir daha təsdiq edib. ANS PRESS-in məlumatına görə, ölkənin cənubundakı Santa Katarina vilayətində polisin narkotik ticarəti ilə məşğul olan dəstəni yaxalamaq üçün keçirdiyi əməliyyatda maraqlı görüntülər meydana çıxıb. Əməliyyatdan yayılan fotolardan birində dəstə üzvlərindən birinin iti polisin əmri ilə insanlar kimi üzü üstə yerə uzanıb və təslim olub. 
"İçəridə olan it polisin səsini eşidən kimi hürməyə başlayıb. Amma "yerə yatın" əmrindən sonra sahiblərinin yanına qaçıb. Onların arasında uzanaraq pəncələrini havaya qaldırıb". Narkotika ticarəti ilə məşğul olanlar barəsində həbs qərarı verilsə də, ağıllı it "həbs edilməyib". 

Mənbə: ANS PRESS

7 aprel 2015
GO BACK