Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 dollar 1.0487-dən 1.0496-ya qədər bahalaşıb. Avronun məzənnəsində isə azalma qeydə alınıb. Belə ki, 1 avro 1.1521-dən 1.1482-ə qədər ucuzlaşıb. Rusiya rublunun kursunda da dəyişiklik müşahidə edilib. İndi 1 rublun dəyəri 0.019 manatdır.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.
Mənbə: ANS PRESS