Qadin.NET / Ailələr niyə dağılır?

Ailələr niyə dağılır?

 

Ailələrin dağılmasında sosial şəbəkələrin rolu artır. Bu amil artıq boşanmaların əsas səbəbləri siyahısına daxil olub. Nəticə isə budur ki, bu və digər səbəblərdən bəzi rayonlarda il ərzində ailə quranların 35-40 faizi həddində boşanma halları qeydə alınır.
Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, ötən il Mingəcevir şəhərində 976, Bərdə rayonunda 581, Yevlaxda 545  nikah bağlanıb. Eyni zamanda Mingəçevirdə  227, Bərdədə 223, Yevlaxda 164 boşanma qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, boşanmaların əsas səbəbi ailədaxili münaqişələr, ərlə arvadın xasiyyətinin uyğun gəlməməsi,  xəyanət, narkomaniya, sərxoşluq, maddi durum və sosial şəbəkələrlə bağlıdır. Bu baxımdan mütəxəssislər hesab edirlər ki, gənclər ailə qurarkən tələsməməlidirlər. Onlar özlərini ailə qurmağa tam hazır bildikdən sonra bu addımı atmalıdırlar. 
”Çox acınacaqlı haldır ki, gənclərimiz nikahın pozulması ilə bağlı məhkəmə orqanlarına, qeydiyyat şöbələrinə müraciət edirlər. Buradan da aydın olur ki, kiçik dövlət saydıgımız ailənin idarə olunmasına gənclərimiz, yəqin ki, müəyyən qədər hazır deyillər”, - deyə Mingəcevir Şəhər Qeydiyyat Şöbəsinin müdir əvəzi Sevinc Hüseynova bildirib.
Boşananlar arasında uşağı olan ailələrin üstünlük təşkil etməsi  məsələni daha da çətinləşdirir: ”Məhkəmə yolu ilə aparılan boşanmalar uşaqları, körpə usaqları olanlardır. Təsəvvürünüzə gətirin ki, neçə-neçə uşaq atasız, anasız yaşamağa məhkum olur”, - deyə Yevlax Şəhər Qeydiyyat Şöbəsinin müdiriŞölə Əliyeva vurğulayır.
Statistikaya əsasən, Mingəcevir, Bərdə və Yevlaxda ötən il boşanmaq istəyənlərin arasında  qadınlar üstünlük təşkil edib.
Mənbə: Milli.Az

 

7 aprel 2015
GO BACK