Qadin.NET / Gimnastlarımız 9 medalla qayıtdı

Gimnastlarımız 9 medalla qayıtdı

 

Gimnastlarımız 9 medalla qayıtdı

Dünən Rumıniyada bədii gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələsi başa çatıb.ANS PRESS-in məlumatına görə,yığma komandamızın lideri Marina Durunda hər dörd finala çıxaraq, lentlə hərəkətlərə görə bürünc medal qazanıb. 
Top və halqa ilə icra olunmuş hərəkətlərə görə azərbaycanlı gimnast 4-cü yerdə, ümumi 4 çıxışının nəticələrinə əsasən isə 5-ci yerdə qərarlaşıb. 
Gülsüm Şəfizadə gürzlər və lent ilə finallara çıxıb, lakin medal qazanmağın bir neçə addımlığında dayanıb.
Rumıniyanın paytaxtında Dünya Kuboku ilə eyni zamanda keçirilən beynəlxalq turnirdə iki gimnastımız - Ayşən Bayramova və Jalə Piriyeva fərqləniblər. Senior gimnastımız Ayşən Bayramova yüksək nəticə göstərərək, çoxnövçülükdə 3-cü olub. Həmçinin halqa və gürzlər ilə icra olunmuş hərəkətlərə görə iki gümüş medal qazanıb. Jalə Piriyeva dörd hərəkətin yekunlarına əsasən yeniyetmələr arasında 2-ci olub, həmçinin halqa ilə finalda ən yaxşı nəticəni göstərib. Bundan əlavə, onun hesabında iki gümüş (top və iplə) və bir bürünc medal (gürzlər ilə) olub.

 

Mənbə: ANS PRESS

7 aprel 2015
GO BACK