Premyer Liqanın 28-ci turu çərçivəsində "Bakı" - "Qarabağ" matçını izləyənlər arasında millət vəkili Qənirə Paşayeva da olub.ANS PRESS-in məlumatına görə, Qənirə Paşayevaya oyundan əvvəl "Qarabağ" forması hədiyyə olunub. Paşayeva öz açıqlamasında "Qarabağ"ın fanatı olduğunu bildirib.
Qeyd edək ki, ötən gün lider "Qarabağ" С…al itirib. "Bakı"nın qonağı olan ağdamlılar 1:1 hesablı heç-heçəyə razılaşıb.
Hesabı 25-ci dəqiqədə Reynaldo Silva açıb. 15 dəqiqə sonra Nurlan Novruzov penaltidən bərabərliyi təmin edib.
Mənbə: ANS PRESS